.
.

Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu - RƏSMİ

12:41 - 28 May
    4955 oxunma


"Formula 1" üzrə Niderland Qran-prisi baş tutmayacaq. "Formula 1"in rəsmi "Twitter" səhifəsi  xəbər verir ki, Niderland tərəfi yarışın bu il keçirilməyəcəyini təsdiqləyib. 

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün startı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

Niderlanddakı yarış 1 - 3 maya planlaşdırılırdı, lakin koronavirusa görə təxirə salınmışdı. 




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84