Daha bir əsgərimizin şəhid xəbəri gəldi
-
10360 oxunma
SİZİN REKLAM YERİNİZ - ok

Vətən Müharibəsində itkin düşən əsgər Ağayev Əmirağa Mahir oğlunun şəhid olduğu müəyyənləşib. Bu barədə "Qafqazinfo"ya şəhidimizin dayısı Aydın Aslanov məlumat verib.
Füzuli istiqamətində tapılan nəşin DNT analizi nəticəsində 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğluna aid olduğu təsdiqlənib. Şəhidimizin nəşi sabah doğulduğu Şabranın Surra kəndinə gətiriləcək.
Qeyd edək ki, Əmirağa Ağayev Qazaxda yerləşən N saylı hərbi hissənin əsgəri olub. Vətən Müharibəsi başlayan zaman o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhidimiz sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də əlaqə saxlaya bilmişdi. Əmirağa ailənin yeganə oğlu olub, iki bacısı var.
Allah rəhmət eləsin!
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84