Daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

17:37 - 03 İyul
    3225 oxunma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 583 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8 212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 137, ötən müddət ərzində isə ümumilikdə 502 965 test aparılıb.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84