Daha 4 hakim vəzifədən çıxarıldı

11:53 - 05 May
    750 oxunma

Milli Məclisin iclasında Bakı Apellyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi məsələsinə baxılıb. 

Bizimxeber.az xəbər verir ki, Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək, Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər. 

Bundan əlavə, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu Rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal Rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami Rayon Məhkəməsinin hakimi Rəşad Həsənov Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin olunublar.

Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması məsələsi də qəbul edilib. /Oxu.az

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84