.
.

Daha 2 məktəb koronavirusa görə bağlandı

16:53 - 10 Mart
    6640 oxunma


Gəncə şəhərində iki məktəb koronavirus səbəbindən distant tədrisə keçib. Bu barədə “Qafqazinfo”ya Gəncə Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədova bildirib.

Onun sözlərinə görə, hər iki təhsil müəssisəsində dərslər 14 gün ərzində onlayn formada davam etdiriləcək: “Ötən gündən 12 nömrəli məktəb 14 günlük distant tədrisə keçirilib. Bu gündən isə 26 saylı məktəbdə koronavirusa yoluxma faktı təsdiqlənib. Ona görə də sabahdan etibarən həmin məktəbdə də dərslər onlayn qaydada aparılacaq”.

R. Məmmədova həmçinin bildirib ki, 12 nömrəli məktəbdə 1 müəllim, 2 texniki işçi və 1 şagirddə koronavirus testinin nəticələri pozitiv çıxıb. 26 nömrəli məktəbdə isə 2 müəllimdə “COVID-19​” aşkarlanıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84