. .

Dağlıq Qarabağda ərazilər minalardan təmizlənib - Ermənilər rahat əkin biçin edir - Rusiya MN

13:13 - 17 Aprel
    13188 oxunma

"Dağlıq Qarabağın sakinləri Rusiya istehkamçıları tərəfindən partlayıcı əşyalardan təmizlənmiş tarlalarda və üzümlüklərdə kənd təsərrüfatı işlərinin aparılmasını davam etdirirlər. Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları öz növbəsində, kənd təsərrüfatı sahələrinin Minalardan Təmizlənməsi üzrə tərəflərin sərhəd xəttinə bilavasitə yaxın olan yerli administrasiyaların və ya fəal döyüş əməliyyatlarının aparıldığı rayonlarda aparılan sorğular üzrə işlərin həyata keçirilməsini təmin edirlər".

Bizimxeber.az bildirir ki, belə bir məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Cəmi 23 noyabr 2020-ci il tarixdən etibarən Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizləmə şöbəsinin hərbi qulluqçuları tərəfindən 2000 hektara yaxın ərazi, 618 kilometr yol təmizlənmiş, zəruri təhlükəsizlik tədbirləri gözlənilməklə xüsusi poliqonda partlayış yolu ilə məhv edilən 25500-dən çox partlayıcı əşya aşkar edilərək zərərsizləşdirilmişdir.

Nazirliyin məlumatında həmçinin Qriqoryan adlı erməni bələdiyyə sədrinin fikirləri yer alır. "Əraziyə bombalar düşüb, mərmilər partlayıb. Bizim rahat işləməyimiz üçün əraziləri təmizləmək lazımdır". 

Rusiya Müdafiə Nazirliyinin məlumatında konkret ərazilərin adı çəkilməsə də ermənilər Dağlıq Qarabağın sakinləri kimi təqdim edilir. Həmçinin erməni bələdiyyə sədri Qriqoryan adlı şəxsin fikirləri yer alır. Dağlıq Qarabağda erməni bələdiyyə sədri olmalıdırmı? Bu erməni bələdiyyə sədrinin Azərbaycan torpaqlarında nə işi var?

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84