“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Putin

18:02 - 22 Noyabr
    2200 oxunma

“Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir”. 

Bizimxeber.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” kanalına müsahibəsində deyib. “Ermənistan özü belə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini və suverenliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”, - deyə Putin bildirib.

O qeyd edib ki, Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib: “Heç kim Ermənistanın ərazisinə hücum etməmişdi və bu da bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermirdi”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84