.
.

Çörək bahalaşdı

15:19 - 16 İyul
    15477 oxunma


Gürcüstanda çörəyin qiyməti təqribən 15 tetri artıb.

Bizimxeber.az xəbər verir ki, buna səbəb hökumətin buğda unu ilə bağlı altı aylıq subsidiya proqramının başa çatmasıdır. Çörəkbişirmə müəssisələri qiyməti 10 tetri, mağazalar isə əlavə 5 tetri qaldırıb.

Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze bildirib ki, qiymət artımı qaçılmaz olub: “Buna əsas səbəb xammalın bahalaşmasıdır. İstehsal üçün tələb olunan digər köməkçi materiallar və kommunal xidmətlərin də qiyməti artıb”.

Qeyd edək ki, qonşu ölkədə ən çox tələbat olan çörəyin qiyməti 80 tetri təşkil edir.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84