.
.

COVİD xəstələrinin sayı qəsdən şişirdilir?

10:48 - 12 Mart
    5200 oxunma


"Bu artım həqiqətən var". Bunu açıqlamasında Professor Adil Qeybulla son günlər sosial şəbəkələrdə koronavurusa yoluxan xəstələrin sayının şişirdilməsi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu gün dünyada koronavirusun üçüncü dalğasından söhbət gedir: "Birincisi, bunun baş tutub-tutmayacağını deyə bilmərik. İkincisi, biz real rəqəmləri də deyə bilmərik. Çünki elan olunan rəqəmlər test olunan xəstələrə aiddir".

Koronavurusa yoluxan xəstələrin sayının şişirdilməsi məsələsinə gəlincə, Adil Qeybulla "bunun üçün ortada sübut olmalıdır", - deyə bildirib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatına görə, martın 11-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər sağalaraq evə buraxılıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84