Conson koronavirus xəbərdarlığına məhəl qoymayıb

16:39 - 02 Fevral
    10840 oxunma

Cənubi Afrikadakı COVID-19 mutasiyası ilə əlaqədar elm adamlarının və mütəxəssislərin İngiltərənin Baş naziri Boris Consona çoxdan xəbərdarlıq etdiyi məlum olub. Cebhe.info xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. Bildirilir ki, xəbərdarlığa baxmayaraq, Conson heç bir tədbir görməyib.

İddialara görə, Daxili İşlər naziri Priti Patel və Səhiyyə naziri Matt Hankok bu məsələni Consonla müzakirə etmək istəsə də, o, görüşmələri dayandırıb. Hətta riskli ölkələrdən gələn turistlər üçün də tətbiq edilən qaydalarda boşluqlara yol verilib. Dünən Səhiyyə naziri Hankok İngiltərədə 105 nəfərdə Afrika mutasiyasının olduğunu açıqlayıb.

O bildirib ki, bunlardan yalnız 11-i beynəlxalq səyahətlə əlaqəli olmayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84