CNN: Tramp bircə özünü əfv etmək fikrində deyil...

12:26 - 18 Yanvar
    5560 oxunma


ABŞ-ın hazırkı Prezidenti Donald Tramp 19 yanvarda təxminən 100 nəfər üçün əfv elan etməyi planlaşdırır. CNN-ə istinadla xəbər verir ki, ABŞ lideri Amerika mətbuatı tərəfindən əvvəllər bildirildiyi kimi, özünü əfv etmək niyyətində deyil.

Tramp əvvəlcə növbə ilə keçən həftənin sonunda və gələn çərşənbə axşamı günü iki qrup insanın prezident əfvini elan etmək istəyib. Eyni zamanda, tərəfdarları tərəfindən 6 yanvarda Vaşinqtonda törədilən iğtişaşlar fonunda prezident planlarına yenidən baxmaq məcburiyyətində qalıb.

Artıq Ağ Ev rəhbərinin 20 Yanvarda keçiriləcək demokrat Co Baydenin andiçmə mərasimindən əvvəl təxminən 100 nəfərin əfv edilməsi barədə qərar verəcəyi gözlənilir. "New York Times”ın 6 yanvar iğtişaşlarından sonra qeyd etdiyi kimi, Tramp son həftələrdə vəzifəsindən ayrılmadan əvvəl özünü də preventiv qaydada bağışlayacağı ehtimalı barədə ətrafı ilə məsləhətləşib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84