Çinli diplomat Trampı “siyasi virus” yaymamağa çağırdı

14:44 - 23 Sentyabr
    980 oxunma

Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Tzyun ABŞ Prezidenti Donald Trampın yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı ölkəsinə qarşı ittihamlara cavab verib.

Çinli diplomat ittihamları rədd edərək onları əsassız adlandırıb: “Dünya bir yol ayrıcındadır. Hazırda bu dünyanın daha çox həmrəyliyə və əməkdaşlığa ehtiyacı var, qarşıdurmaya yox. Dünya liderləri qarşılıqlı etimadı artırmalı və “siyasi virus” yaymamalıdır”.

Xatırladaq ki, bundan əvvəl Tramp BMT Baş Assambleyasının iclasında Çinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVİD-19-un insandan insana, həmçinin simptomsuz daşıyıcılardan yoluxmaması ilə bağlı yalan açıqlamalar yaydığını bildirmişdi. Amerikalı lider “dünyanın yoluxmasına” Çinin icazə verdiyini vurğulamışdı.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84