. .

Çinin sprey peyvəndini 3 il gözləmək lazımdır 

12:52 - 24 Aprel
    13542 oxunma

Honkonq Universiteti tərəfindən koronavirusa qarşı hazırlanan burun aerozolu 2-3 ilə istehlakçıların istifadəsinə veriləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə “South China Morning Post” yazıb. 

Nəşrin məlumatına görə, dərman klinik sınaqların ilk mərhələsindədir. Tədqiqat qrupunun üzvü, professor İvan Hunq Fanqnqay qeyd edib ki, sınaqlarda 10-dan çox şəxs iştirak edib.

Qəzet yazır ki, belə bir dərmanın ən ciddi yan təsiri qısamüddətli yüngül baş ağrısı və burun tutulması olacaq. Honkonqdan əlavə, Avstraliya və Finlandiya mütəxəssisləri də oxşar dərmanlar üzərində çalışırlar.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84