Çindən ABŞ-a müharibə xəbərdarlığı

12:32 - 27 İyun
    2210 oxunma

ABŞ-Çin ticarət müharibəsi - Vaşinqtonun Pekinə müdaxiləsi səbəbindən bərpa oluna bilər. 
Bizimxeber.az
“The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin hakimiyyəti amerikalı həmkarlarına xəbərdarlıq edib.

ÇXR hakimiyyəti ABŞ-ın Honq Konq və Tayvanda müdaxiləsini qəbuledilməz hesab edir. Pekin hələlik ticarət razılaşmasının birinci fazası üzrə öhdəliklərini yerinə yetirmək niyyətində olduğunu bəyan etsə də, ABŞ-ın Çinin işlərinə qarışması davam edəcəyi təqdirdə, ABŞ məhsullarının tədarük həcminin artırılması planları təhlükə altında olacaq.

Xatırladaq ki, Vaşinqton və Pekin 2020-ci ilin yanvarında ticarət müharibəsini başa vuraraq ticarət barışığı sazişi bağlayıblar. Razılığa əsasən,Çin tərəfi sazişin qüvvədə olduğu birinci il ərzində ABŞ məhsullarının alınmasını 76,7 milyard dollar və ikinci il ərzində 123,3 milyard dollar artırmağa razılıq verib. Amerika tərəfi əməliyyatın ticarət çatışmazlığını azaltmağa imkan verəcəyini gözləyir.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84