Çimərliyə getmək istəyənlərin nəzərinə: Bu sayta daxil olun, qeydiyyatdan keçin - YENİLİK

13:33 - 03 Avqust
    2575 oxunma

Bakı şəhərində çimərliyə onlayn növbə tutduqdan sonra getmək mümkün olacaq. Bizimxeber.az-ın məlumatına görə, onlayn növbə prosedurunu həyata keçirmək üçün “cimerlik.az” saytı hazırlanıb, yaxın vaxtlarda istifadəyə veriləcək.

Saytda Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub. Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan keçərək növbə tutmaq mümkün olacaq. 

Qeyd: “Cimerlik.az” domeni Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadovun adına rəsmiləşdirilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84