Ceyhun Bayramov səfirliklərə əl qatacaqmı? - Gözlənti

11:35 - 28 İyul
    2005 oxunma

Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman diplomatları sərt tənqid edib. Bəzi diplomatların dövlətə xəyanət etmələrinə diqqət çəkən dövlət başçısı deyib ki, onlar satqınlıq ediblər və bunu gizlətmirlər: "Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər”.

Ölkə başçısının bu açıqlamasından sonra bəzi səfirlik və diplomatik nümayəndəliklərdə ayrı-ayrı qurumlar tərəfindən yoxlamalara başlanıldığı bildirilir. Hesablama Platasının mətbuat katibi Nailə Qazıyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hələlik yoxlama aparılmayıb:"Cari dövrdə yoxlama aparılması nəzərdə tutulmayıb”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84