Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı

17:12 - 26 Yanvar
    7920 oxunma

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub. Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84