Ceyhan terminalından neft nəqli azalıb

14:17 - 06 Yanvar
    850 oxunma

Ceyhan terminalından 2006-cı ilin mayından 2020-ci ilin sonunadək 3,571 milyard barel neft nəql edilib.

Bizimxeber.az bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir. Həmin dövr ərzində terminaldan 4 659 tanker yola salınıb. Qeyd edək ki, 2020-ci ildə Ceyhan terminalı vasitəsilə 278 tankerlə 210,7 milyon barel neft daşınıb. Bu göstərici 2019-cu illə müqayisədə (231,1 milyon barel) azalıb.

Ötən il daha çox nəql apreldə (21,3 milyon barel), ən az nəql isə noyabrda (15,3 milyon barel) qeydə alınıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84