Çexiyada gecə 9-dan sonra küçəyə çıxmaq qadağa olundu

11:39 - 27 Oktyabr
    5350 oxunma

Çexiya hökuməti koronavirusla mübarizə tədbirləri çərçivəsində vətəndaşların  saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmasını qadağan edib. Bu barədə ölkənin Səhiyyə naziri Roman Primul açıqlama verib. O bildirib ki, bu qərar 28 oktyabr-3 noyabr tarixlərində qüvvədə olacaq.

İşə getmək və digər təcili tədbirlər, habelə ev itləri ilə evdən 500 m-ə qədər məsafədə gəzmək istisna təşkil edir. Eləcə də gündüzlər vətəndaşlar iş yerlərinə getmək, qohumlarını ziyarət etmək, yemək və dərman almaq üçün evlərindən çıxa bilərlər.

Qeyd edək ki, bu günə qədər Çexiyada 268 min 370 nəfər “COVID-19”a yoluxub, 2365 nəfər vəfat edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84