“Çətin vəziyyətə düşən ermənilər Kardaşyandan istifadə etdi”

11:38 - 21 İyul
    2490 oxunma

“Ermənistanın 12 iyul tarixində törətdiyi təxribat təcavüz aktı, gücdən istifadə kimi qiymətləndirilməlidir”.  Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib. 

O qeyd edib ki, bu təxribat təsadüfi deyildi: “Məqsəd iki ölkənin dövlət sərhədində gərginlik yaratmaqdır. Həmçinin Ermənistanın üzv olduğu təşkilatları məsələyə cəlb etməkdir. Onlar yeni ərazilər işğal edib sərhəddə müəyyən üstünlüklər əldə etmək istəyirlər.

Həmçinin ölkədaxili problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyırlar. Onların məqsədləri iflasa uğradı. Düşmənin mənfur təxribatının qarşısı layiqincə alındı. Azərbaycan sərhədlərinin toxunulmazlığı təmin olundu. Çətin vəziyyətə düşən erməni lobbisi Kim Kardaşyanın xidmətlərindən istifadə etməyə başladı”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84