Cəsarət Valehov: "Məktəblərdə zəngin çalınıb-çalınmamasının nə mənası var?" 

17:43 - 14 Sentyabr
    1765 oxunma

Təhsil Nazirliyi məktəblərdə tənəffüs vaxtı zəngin çalınmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib: "Məktəblərdə zəngin çalınıb-çalınmamasının nə mənası var?

Hər halda şagirdlərin dərsə girməsi ilə bağlı bilmirəm hansı işarədən istifadə etmək olar. Amma zəngin çalınmaması məsələsindən məlumatlı deyiləm”.

Qeyd edək ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın məktəblərə məktubla müraciət etdiyi barədə məlumatlar yayılıb. Məktubda tənəffüs zamanı dəhlizlərdə və həyətyanı sahədə şagird sıxlığını azaltmaq məqsədilə ənənəvi qaydada zəng çalınmayacağı qeyd olunub.

Xatırladaq ki, Cəsarət Valehov əksər hallarda jurnalistlərin suallarını cavablandırmaqdan yayınan sözçü kimi tanınır. Bu barədə sosial şəbəkələrdə jurnalistlər çoxlu sayda statuslar yazıb, onunla bağlı dəfələrlə mətbuatda da tənqidi yazılar dərc olunub. /Report.az/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84