"Cəlilabad İH başçısının etdiyi təxribatdır, vətənə, dövlətə xəyanətdir!"

13:49 - 09 Dekabr
    1610 oxunma

"Bu vətənə, dövlətə xəyanət, təxribat kimi qiymətləndirilməli və həmin maddələrlə də cinayət işi açılmalıdır”. Bunu açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun şəhid ailəsindən rüşvət alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Namiq Zeynalovun əməlində təxribat izi var: "Hazırda hərbi vəziyyətdə yaşayırıq. Heç kəsə sirr deyil ki, cəmiyyət çox həssasdır. İstəlinən bir addım cəmiyyətdə qığılcım effekti yarada bilər.

Bu baxımdam düşünmürəm ki, belə addımlar təsadüfidir. Yaxud da belə addımlar pula və rüşvətə görə atılır. Mənə görə, bu addımlar xəyanət və təxribatdır. Bunlar bilərəkdən düşünülmüş şəkildə atılır. 3 minə yaxın şəhidin, 2 minə yaxın qazinin və insanların çox həssas olduğu bir dönəmdə rüşvət almaq, insanları incitmək, yaxud da qaz və işqlarını kəsmək, axmaq bəyanatlar vermək qətiyyən səhlənkarlıq ola billməz. Burada təxrinatın izi var”.

Partiya başqanı DTX-ya müraciət edib: "Belə məqamlarda atılan addımlar tək hüquq-mühafzə orqanlarının deyil, eyni zamanda DTX tərəfindən araşdırılmalıdır. Bu, vətənə, dövlətə xəyanət kimi qiymətləndirilməlidir və həmin maddə ilə də ittiham olunmalıdır. Hesab edirəm ki, icra başçısının addımları təxribatın tərkib hissəsidir. "5-ci kalon”un varlığı varədə  biz dəfələrlə çıxış etmişik. Kim məni inandıra bilər ki, bunlar "5-ci kalon”un sifarişini icra eləmirlər?..”

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovu həbs edib. 2018-ci ilin fevralın 6-da bu posta təyinat alan Namiq Zeynalov rüşvət alarkən tutulub.

"Xural” qəzetinin Baş redaktoru Əvəz Zeynalı isə mətbuata açıqlamasında Namiq Zeynalovun şəhid ailəsindən rüşvət alması barədə məlumatların olduğunu deyib: "Namiq Zeynalov 2018-ci ilin fevralında vəzifəyə təyinat alandan sonra rayonda ilk işi rüşvət yığmaq olub. Təsəvvür edin ki, bu adam bir şəhidin yas çadırının qurulmasına icazə vermək üçün 2700 manat alıb”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84