Cəbrayılda düşmənin böyük hərbi kalonu belə məhv edilib (VİDEO)

11:45 - 07 Fevral
    9120 oxunma

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu düşmənin təchizat kalonlarını, müdafiəsinin dərinliklərindəki hərbi obyektlərini dəqiq artilleriya və raket atəşləri ilə, o cümlədən zərbə pilotsuz təyyarələrlə məhv edirdi. 

Bu taktika düşmənin xüsusən cəbhənin cənub istiqamətindəki möhkəmləndirilmiş müdafiə xəttinin yarılmasında əhəmiyyətli rol oynadı. Çünki əlavə qüvvələrin yeridilməsi, sursat və ərzaq təchizatı pozulduğundan düşmən yeraltı bunkerlərdən və digər istehkamlardan ibarət müdafiə xəttində çox duruş gətirə bilmədi, Füzuli və Cəbrayıl istiqamətlərində qaçmağa üz tutdu.

Həmin döyüş əməliyyatları zamanı Azərbaycan Müdafiə Nazirliyi düşmənin hərbi kalonlarının necə məhv edildiyinə dair çoxsaylı videogörüntülər (əsasən pilotsuz aparatlardan çəkilmiş görüntülər) yayıb. İndi düşmənin böyük hərbi kalonunun Cəbrayıl ərazisində, Horadiz istiqamətində necə darmadağın edildiyinə dair yeni görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərə əsasən düşmənin çoxsaylı avtomobil texnikası və yüngül zirehli texnikası yol kənarlarına aşıb, darmadağın olub.

Bu zərbənin ya artilleriya sistemlərindən, ya Su-25 bombardmançısından endirildiyi təxmin edilir./Virtualaz.org/

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84