. .

Cəbrayıl Dövlətzadənin ailəsinə mənzil verildi

11:40 - 18 Mart
    6421 oxunma

44 günlük Vətən müharibəsində şəhid olan ordumuzun hərbi qulluqçusu Cəbrayıl Dövlətzadənin ailəsinə Sumqayıt şəhərində üçotaqlı mənzil verilib. Mənzilin açarlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov təqdim edib.

Qeyd edək ki, 19 yaşlı C.Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. O, İkinci Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda” mdealı və "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84