Cəbhə xəbərləri: KİV-in işini qənaətbəxş saymaq olarmı? – Media eksperti

11:39 - 30 Sentyabr
    660 oxunma

"Cəbhə ilə bağlı mətbuatda yayılan məlumatlar sistemli, müntəzəm və daha düşünülmüş şəkildədir”. Bunu açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib. O bildirib ki, Müdafiə Nazirliyi gün ərzində iki dəfə rəsmi məlumatlar verir:

"Mətbuat da həmin xəbərlərə istinad edir. Bundan başqa hesab edirəm ki, media üçün əsas informasiya mənbəyi Müdafiə Nazirliyidir. Amma bununla yanaşı, mötəbər informasiya agentlikləri var.

Məsələn, "Turan”, "Azərtac” kimi mənbələr var ki, ordan da müəyyən məlumatlar götürmək olur. Televiziyaların, saytların da bölgə müxbirləri var, onlar da mötəbər qaynaq sayılır. Əlbəttə, bu gün sosial şəbəkələrin fəaliyyəti nisbətən məhdudlaşdırılıb.Amma burada da çoxlu sayda həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bu kimi məlumatlarda diqqətli olmaq lazımdır”.

Qulu Məhərrəmli hesab edir ki, müharibə xəbərləri mətbuatda normal işıqlandırılır: "Bu gün məlumatlara, həm ekspert şərhlərinə, izahlara, mütəxəsislərin fikirlərinə böyük ehtiyac var. Ordu döyüşür, torpaqların azad olunması uğrunda qanlı savaş gedir. Ona görə də mətbuat hər bir yayılan informasiyaya diqqətlə yanaşmalıdır”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84