Çavuşoğludan Qarabağ açıqlaması

16:40 - 29 Dekabr
    1020 oxunma

“Qarabağda atəşkəs elan edilib. Rusiya sülhməramlı missiyası oradadır. Birgə müşahidə mərkəzimiz də qurulur”. “Hürriyet”in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

“Məqsədimiz davamlı sülh və sabitlikdir. Altıtərəfli format da daxil olmaqla, bütün imkanlarımızı səfərbər etməliyik. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan olaraq münasibətlərimizi normallaşdıra bilərik.

Burada Rusiya ilə əməkdaşlığımız önəm kəsb edir. Elə bir nəticə görmək istəyirik ki, hazırda orada sülhü qurmaq və müşahidə etmək üçün yaratdığımız missiyalara qarşıdakı dövrlərdə ehtiyac qalmasın”, - deyə M.Çavuşoğlu bildirib.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84