. .

Çavuşoğlu Rusiyanın hava məkanını Türkiyə ilə bağlamasından danışdı

12:27 - 14 Aprel
    12313 oxunma

"Rusiyanın Türkiyə ilə hava əlaqəsinin məhdudlaşdırılmasına dair qərarında siyasi əsas yoxdur". 

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. "Biz uçuşların bərpası üzərində işləyirik", – deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, Rusiya aprelin 15-dən Türkiyə və Tanzaniya ilə hava əlaqəsini rəsmən dayandırmaqla bağlı qərar verib. Bu barədə Rusiya hökumətinin brifinqi zamanı baş nazirin müavini Tatyana Qolikova bildirib. Məhdudiyyət 1 iyun tarixinə qədər olacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, hakimiyyətin qərarı yalnız bu ölkədə yaranan epidemioloji vəziyyətlə bağlıdır. Bu arada "Rosturizm" Tanzaniya və Türkiyəydə olan rusların hava əlaqəsinin rəsmi dayandırılmasına qədər geri qayıtmaları tövsiyə olunur. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84