.
.

Çavuşoğlu "kreslo insidenti"nə aydınlıq gətirdi - VİDEO

12:49 - 08 Aprel
    15600 oxunma

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə prezidenti Ərdoğanın Avropa Komissiyasının rəhbəri Ursula Fon Der Lyayen ilə görüşündə yaranmış kreslo insindentinə aydınlıq gətirib. 

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, Çavuşoğlu insidentlə bağlı ölkəsinin ünvanına səslənən ittihamları ədalətsiz adlandırıb və görüşün protokolunun Brüssel ilə razılaşdırıldığını deyib.

"Biz bu mövzu ilə bağlı heç bir bəyanat vermək istəmədik, amma gördük ki, bu, xaricdə ciddi reaksiyaya səbəb olub və Türkiyəyə qarşı ədalətsiz ittihamlar səsləndirilir. Biz ilk dəfə deyil ki, xarici qonaqları qəbul edirik və ənənəvi Türk qonaqpərvərliyi bütün dünyada tanınır. Həmin görüşdə hər şey qəbul olunmuş beynəlxalq qaydalara və adi protokola uyğun idi. Hər bir görüşdən əvvəl hər iki tərəfin protokol əməkdaşları yığışır və detallar üzərində işləyirlər", - deyə Çavuşoğlu bildirib.

O əlavə edib ki, bu dəfə də belə olub. "Biz həmin tərəfdən bizə verilən bütün tələbləri təmin etmişik", - deyə türkiyəli nazir deyib.

Bu arada Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer baş vermiş insidentə münasibətini açıqlayıb. Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri artıq gələcəkdə beynəlxalq səfərlərdə belə hallardan qaçmaq üçün öz komandasına lazımi tədbirlər görməyi tapşırıb.

Mamerin sözlərinə görə, Avropa Komissiyasının Protokol Xidməti koronavirus ilə bağlı məhdudiyyətlər səbəbindən bu dəfə səfərdə iştirak etməyib.

Həmçinin avropalı siyasətçilər, o cümlədən Avropa Parlamentinin deputatları Ankarada yaranmış vəziyyəti tənqid ediblər. Bəzi deputatların fikrincə, Türkiyə Fon der Lyayenə layiqli münasibət göstərməli idi.

Avropa Parlamentində sosialistlər qrupunun rəhbəri Qarisiya Peres İracın isə yaranmış vəziyyəti Ankaranın bu yaxınlarda qadınların müdafiəsi üzrə İstanbul Konvensiyasından çıxması ilə əlaqələndirib. Onun sözlərinə görə, insident Türkiyədə qadınların diskriminasiyası ilə bağlı vəziyyətin göstəricisidir.

Qeyd edək ki, yayılan kadrlarda görünür ki, Avropa Komissiyasının rəhbəri iclas zalında yer tapa bilməyib. Görüş məkanında iki stul olub ki, onlardan birində Mişel, ikincisində isə Ərdoğan əyləşib. Avropa Komissiyasının rəhbəri Çavuşoğlu ilə üzbəüz divanda oturmalı olub.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84