. .

Çavuşoğlu kreslo qalmqalına Berlində aydınlıq gətirdi

15:55 - 06 May
    2508 oxunma


"Ankarada Avropa Komissiyası başçısı Ursula von der Leyenin kreslo məsələsi ilə bağlı hadisə, Avropa Birliyinin içindəki rəqabətlə əlaqəlidir". Bizimxeber.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Berlində Almaniyanın xarici işlər naziri Heiko Maas ilə keçirdiyi mətbuat konfransında deyib. 

"Protokolla bağlı bu cür mübahisələr bizi çox əsəbiləşdirdi. Von der Leyen məsələsini qadın olması ilə əlaqələndirmək səhvdir. Qadınlara hörmətimiz çox yüksəkdir və AŞ rəhbərinə xüsusi hörmətimiz var. Ancaq protokollarında problem varsa, qoy Türkiyəyə kölgə salmasınlar. Səbəb AB-də Avropa Şurası ilə Avropa Komissiyası arasındakı rəqabətdir".

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğanın Von der Leyen və Avropa Şurasının prezidenti Carlz Mişhel ilə görüşü 6 aprel tarixində Ankarada olub. Görüşün görüntülərində, təşkilatçıların Avropa Birliyi və Türkiyə bayraqları fonunda danışıqlar üçün yalnız iki stul təmin etdiklərini görmək olar. Onlardan birində Mişel, ikincisində Ərdoğan oturur. Von der Leyen isə divanda əyləşmək məcburiyyətində qalır.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Eric Mamer hadisə barədə açıqlamasında bildirmişdir ki, Avropa Komissiyası rəhbəri baş verənləri doğru hesab etmir və komandasına gələcək beynəlxalq səfərlərdə bu cür halların yaşanmaması üçün lazımi tədbirləri görməsini tapşırıb. 




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84