Cavid Qurbanov Rusiyanın adamıdır? - Heydər Əliyev onu qovandan sonra Rusiyaya təsadüfən sığınmamışdı?

12:48 - 18 İyul
    4035 oxunma

"Hakimiyyət əgər Rusiyanın adamlarından təmizlənirsə, o zaman “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da yola salınmalıdır. Bu adam ADY-yə gələndən sonra Azərbaycanın belə bir strateji strukturu demək olar ki, Rusiyanın nəzarəti altına keçib. Dövlətimizin büdcə pulları məhz Cavid Qurbanovun təşəbbüsü ilə Rusiyadakı korrupsioner şəbəkənin iştirakı ilə mənimsənilməkdədir". Bu iddialar DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra bildirilir: "Təsadüfi deyil ki, Cavid Qurbanov hər dəfəsində ADY-yə portnyor kimi məhz Rusiya şirkətlərini seçir. Təsadüfi deyil ki, Cavid Qurbanovun Rusiyadan aldığı vaqonlar digər ölkələrlə müqayisədə daha böyük məbləğdə sənədləşdirilir. Bunların heç biri təsadüfi deyil. Çünki Cavid Qurbanov Nəcməddin Sadıqovdan da qat-qat incə tellərlər Rusiyaya bağlıdır.

Mərhum Prezidentimiz, Ulu Öndər Heydər Əliyev onu vəzifədən qovduqdan sonra Cavid Qurbanov başqa bir ölkəyə yox, məhz Rusiyaya qaçmışdı. Sonradan kimlər üçünsə müəmmalı şərait adlana bilər, amma tam aydın bir formada - Rusiyanın istəyi ilə Cavid Qurbanov yenidən vəzifəyə gətirildi və zaman-zaman karyera yüksəlişinə nail olaraq bu gün ADY kimi strateji bir qurumun başında dayanıb.

Onun heç də yaxşı kadr olmadığını hamı yaxşı bilir. Onun rəhbərliyi altında hansı korrupsiya əməllərinin törədildiyi və bu zaman da məhz iqtidar daxilindəki Rusiya tərəfdaşı olan qüvvələrə arxalandığı da gün kimi aydındır. Belə olan şəraitdə Cavid Qurbanovu da Rusiyaya bağlı "5-ci kolon"un quyruğuna bağlayıb, yola salmaq daha doğru olardı".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də fikirlərini işçıqlandırmağa hazırıq...

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84