Cavid Qurbanov nazir gətirilir?

00:54 - 01 Sentyabr
    4145 oxunma

Ramin Quluzadə yola salınır, Cavid Qurbanov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri gətirilir...

Yaxın zamanlarda "Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilə bilər. Bu barədə "CivilAzerbaijan"a "Azərbaycan Dəmir Yolları” QSC-dəki mənbə məlumat verib.O bildirib ki, yaxın zamanlarda Azərbaycan Dəmir Yolları” QSC nazirliyə birləşdiriləcək və böyük ehtimalla Cavid Qurbanov nazir təyin ediləcək.

Onun sözlərinə görə, Cavid Qurbanov qohumluq əlaqələrindən istifadə edib nazir postuna gəlmək üçün çalışır və hətta Ramin Quluzadəyə qarşı ciddi kampaniya aparır. 

Bildirilir ki, bir müddət öncə nazir Ramin Quluzadənin həyat yoldaşının nazirlikdə dava salması ilə bağlı xəbəri də Qurbanova yaxın şəxslər mediaya ötürüblər və ölkə gündəminə "bomba" kimi düşən xəbər isə nazirin nüfuzunu sarsıdıb. Kifayət qədər ciddi məlumatla bağlı CivilAzerbaijan.com "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovla əlaqə saxlamağa çalışsa da, bu cəhdlər baş tutmayıb.

"Azərbaycan Dəmir Yolları” QSC-nin aparatından isə bu barədə rəsmi açıqlama verə bilməyəcəklərini deyiblər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84