.
.

Cavid Qurbanov daha bir beynəlxalq şirkətlə məhkəmə çəkişməsində -TƏFƏRRÜAT

19:45 - 23 Mart
    12640 oxunma


"Azərbaycan Dəmir Yolları” QSC "RBC Group Czech S.R.0.” şirkəti ilə məhkəmə çəkişməsindədir. 

"RBC Group Czech S.R.O.” konsaltinq şirkətidir. Çexiyada fəaliyyət göstərən şirkət 2015-ci ildə Azərbaycanda nümayəndəlik açaraq, bir sıra dövlət qurumlarına, o cümlədən "Azərbaycan Dəmir Yolları” QSC-yə konsaltinq xidməti göstərib.

QSC ilə Çexiya şirkəti arasındakı məhkəmə çəkişməsinə gəlincə, ikinci müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı iddia qaldırıb. İşə Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baxılıb. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan şirkət apelyasiya şikayəti verib. İş hakim Cahangir Yusifovun icraatındadır. Aprelin 1-nə baxış iclası təyin edilib.

Son vaxtlar "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov xarici şirkətlərlə tez-tez məhkəmədə üz-üzə gəlməli olur. Bundan əvvəl QSC sədrinin ABŞ şirkətinə məxsus  "Azer Mega Response Pazarlama Ltd” emal zavodu ilə məhkəmə çəkişməsi barədə məlumat vermişdik.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84