Cavad Zərifin Yerevan səfəri - Tarix bilindi  

11:27 - 22 Yanvar
    4680 oxunma

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 27-də Yerevana səfər edəcək. Bizimxeber.az bildirir ki, "Sputnik Armeniya”yanın xəbərinə görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib.

İranın XİN başçısının Ermənistanın baş naziri Nikol Paşinyan və başqa dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Danışıqların əsas mövzusunun Dağlıq Qarabağdakı vəziyyətin olacağı gözlənilir.

Qeyd edək ki, M.C.Zərifin səfəri regional xarakter daşıyır. O, Ermənistanla yanaşı Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstana da səfər edəcək. O, yanvarın 24-25-də Bakıda səfərdə olacaq.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84