“Üç əməkdaşımız xəstəlik nəticəsində həyatını itirib” – AZTV

13:18 - 21 İyul
    2265 oxunma

“Şirkətimizdə dezinfeksiya işləri mütəmadi qaydada aparılır.”  Bunu açıqlamasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib. O, hazırda vəziyyətin normallaşdığını bildirib.

“Bizdə hazırda xəstə olan əməkdaş yoxdur. Yoluxan 11 nəfərin hamısı sağalıb və hazırda xəstəlikdən sonra karantindədirlar. On nəfərə yaxın əməkdaşımız test verib və hamısının cavabı neqativ çıxıb. Şirkətimizdə dezinfeksiya işləri mütəmadi qaydada aparılır. Hazırda vəziyyət normallaşıb. Əfsuslar olsun ki, üç əməkdaşımız xəstəlik nəticəsində həyatını itirib”. /Hurriyyet.org/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84