.
.

Üç aydır axtarılan şəxsin meyiti quyuda tapıldı - Video

17:22 - 15 Mart
    9160 oxunma


Sumqayıt şəhərində üç aydır axtarışda olan şəxsin meyiti tapılıb.  Şəhərdə ev alqı-satqısı ilə məşğul olan Əliyev Xanəli Alışan oğlunun meyiti Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən musiqi məktəbinin ərazisindəki zibil quyusunda tapılıb.

İlkin məlumata görə, onun meyiti yandırıldıqdan sonra quyuya atılıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi açıqlama yayıb. Belə ki, nazirliyə quyuda aşkarlanmış naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84