“Bunun adı Vətənə xəyanətdir” - Aslan İsmayılov

16:12 - 30 Dekabr
    1460 oxunma

"Ola bilsin tarixdə başqaları da var, ancaq mənim üçün Azərbaycan Xalqının hərb meydanında qazandığı ən böyük qələbə bu il Vətən Müharibəsində qazandığımız qələbədir. Ona görə də hamımız, birinci növbədə hakimiyyət bu qələbənin nüfuzuna xələl gətirəcək hər bir nöqsanı qısa zamanda aradan qaldırmalıdır".

Bunu hüquqşünas Aslan İsmayılov deyib.

O qeyd edib ki, ilk növbədə şəhidlərimiz, onların ailələri, yaralı əsgər və zabitlərimiz haqq etdiklərini heç bir minnət götürmədən almalıdırlar: "Bu iş ayrı-ayrı şirkətlər, fərdlər tərəfindən yox, hakimiyyət tərəfindən aparılmalıdır. İkincisi, istənilən haqsızlıq, ədalətsizlik yolverilməzdir. Vətən müharibəsi iştirakçılarının təltif edilməsində yol verilən haqsızlıq, ədalətsizlik isə Vətənə xəyanətə bərabərdir.

Bu hal nəinki haqsızlıq, ədalətsizlik, həm də döyüşçülərin vətənpərvərlik hislərinə sağalmaz yara vurmaqdır. Bu yöndə çoxlu sayda haqsızlığın olduğu hallar var və düşünürəm ki, onların əksəriyyəti bu sahədə tələskənlik və gərəkli işlərin aparılmamasından yaranır.

Çünki bu sahədə ədalətsizliyə bilərəkdən yol verilməsini heç cür qəbul edə bilmirəm. Belə hallar tarix boyu olub. İkinci Dünya Müharibəsindən iki il keçəndən sonra da çoxlu sayda haqsızlıqlar aradan qaldırılıb və müharibədə fərqlənənlər arasında SSRİ Qəhrəmanı və ən yüksək təltiflər alanlar olub. Ona görə də haqsızlığa uğrayanlar, belə halları bilənlər müvafiq strukturlara əllərində olan sübutlu faktları çatdırmalıdırlar. 

Xüsusilə, birinci Qarabağ müharibəsində yol verilmiş bir səhvin indi də təkrarlandığını görürəm. Vətən müharibəsinin ilk günlərindən yaralananlar təltif edildiyi halda, müharibənin birinci günündən sonuna qədər iştirak edib yaralanmayanların bir çoxu təltif olunmayıb. Sanki həmin döyüşçülərin şəhid olmaması, yaralanmaması onların suçudur. 

Şəhidlərimizə Uca Allahdan rəhmət, ailələrinə səbr, yaralılarımıza şəfa, döyüşçülərimizə isə can sağlığı arzulayıram! Allah Azərbaycanı qorusun!".

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84