Bu şəhərin giriş-çıxışlarında polis postları quruldu

16:30 - 04 Noyabr
    4490 oxunma

Şəki şəhərinin və rayonun Kiş kəndinin giriş-çıxışlarında polis postları qurulub. Postlarda polis əməkdaşları və Daxili Qoşunların əsgərləri xidmət aparır. Şəhərə daxil olan avtomobillər yoxlanılır.

Avtomobillər saxlanılarkən sürücülərlə maarifləndirici söhbətlər aparılıb. Onların diqqətinə tibbi maskadan istifadənin vacibliyi çatdırılıb. Onlara bildirilib ki, görülən tədbirlər dünyanı bürüyən və Azərbaycandan da yan keçməyən pandemiyanın qarşısının alınması məqsədi daşıyır. Qaydaları pozanların isə barələrində qanunauyğun tədbirlər görülür.

Qeyd edək ki, ölkəmizin bir neçə şəhər və rayonunda karantin rejimi tətbiq edilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84