Bu şəhər və rayonlara giriş-çıxış dayandırıldı
-
1090 oxunma

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar bu gün bəzi şəhər və rayonlara nəqliyyat vasitələrinin giriş-çıxış dayandırılıb.
Nazirlər Kabinetinin qərarına əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək dayandırılıb.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84