Bu rayonda 47 tibb işçisi koronavirusa yoluxub

15:05 - 26 İyul
    1945 oxunma

Goranboy rayonunda 47 tibb işçisi COVİD 19 virusuna yoluxub. 

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Goranboy rayon Mərkəzi Xəstəxanasının direktoru İftixar Zeynalov bildirib. Onun sözlərinə görə, hazırda virusa yoluxan tibb işçilərindən 24 nəfəri müalicə olunaraq sağalıb. 17 nəfər xəstəxanada, 6 nəfər isə evdə müalicə alır. 

"Onu deyim ki, son karantin rejimindən sonra dinamika müsbət istiqamətə doğru kəskin dəyişib. Nəzarət etdiyimiz regionlar üzrə yoluxma faizi yarı-yarıya azalıb. İlk günlərdə 20-25 yoluxma faktı qeydə alınırdısa, indi bu rəqəmlər yoxdur. Gün ərzində 2-3 yoluxma olur. Bəzən heç bir yoluxma faktı da qeydə alınmır. 

Ümumilikdə isə nəzarət etdiyimiz region üzrə 79 nəfər xəstəxanada müalicə alır. Bunların 9-u reanimasiya şöbəsindədir. Gün ərzində azı 8-10 nəfər müalicə olunaraq evə buraxılır. Yoluxma sayındakı azalmanı dövlət tərəfindən ölkəmizə gətirilən ən müasir tibbi avadanlıqlar, dərman pereparatlarında görürəm.

Paralel olaraq tətbiq olunan karantin rejimi də vəziyyətin yaxşılaşmasına çox böyük təsir edib. Bu gün insanlarımız da maariflənib. Hər kəs əvvəlki günlərdən fərqli olaraq xəstəliklə mübarizəyə daha ciddi yanaşır", - deyə İ.Zeynalov qeyd edib.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84