.
.

Bu partiyalar YAP-la birləşmək istəmirlər: “… demokratiyadan sui-istifadədir”

19:12 - 04 Mart
    4520 oxunma

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçiriləcəyi ilə bağlı yayılan xəbərlər fonunda bir-neçə siyasi təşkilat hakim partiyaya qoşulduğunu bəyan edib. Artıq Yurddaş, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası və Milli Qurtuluş Partiyası YAP-a qoşulmaq istədiyini bildiriblər. 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı YAP-a qoşulmaq fikrində olmadığını bildirib: "Bu gün hamı bu sualı mənə verir, bizim belə bir fikrimiz yoxdur. Hər partiya seçimində müstəqildir, bu çox normal bir prosesdir. YAP-a birləşmək istəyirlərsə, onlara uğurlar diləyirəm…”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu YAP-la birləşmələrini mümkün hesab etmir: 

"Azərbaycanda bu qədər partiyaya ehtiyac yoxdur. YAP-a qoşulmaq istəyən partiyalar çox gözl bir iş görüblər. Vaxti ilə biz də 5-6 siyasi təşkilatı birləşdirmişik. Azərbaycanda 3-4 partiya qalana qədər, partiyaların təmərküzləşməsi prosesi getməlidir.  Bəzi partiyalar var ki, adlarını seçkidən seçkiyə eşidirik. Milli və dövlət maraqları məsələlərində hansısa mövqeni ortalığa qoymasının şahidi olmamışıq. Bu baxımdan həmin partiyaları alqışlayıram ki, siyasi reallıqları və imkanlarını ölçüb-biçib nəhayət belə bir düzgün qərar qəbul ediblər. Vaxti ilə bizim müxalifət partiyalarının təmərküzləşməsi istiqamətində çox təşəbbüslərimiz olub. İndi isə buna ehtiyac görmürük. Dövlət maraqları tələb etsə, biz də bu barədə düşünüb qərar verə bilərik. Demokrat Partiyası Azərbaycanda ən yaşlı partiyalardan biridir. Özünəməxsus ideoloji əsasda formalaşmış partiyadır. Böyük bir təcrübəsi var. Bizimlə eyni ideyanı bölüdürən partiyalar Demokrat Partiyası ilə birləşə bilər. Azərbaycan tarixində müəyyən rolu olmuş partiyanı birləşmək xətrinə siyasi səhnədən çıxartmağı düşünmürük. 30 illik siyasi təcrübəmiz var. Amma  biz vaxti ilə Müsavat Partiyası ilə birləşmək təklifi ilə çıxış etmişdik. Ümumiyyətlə partiyaların birləşməsi və təmərküzləşməsi çox normal haldır. Amma bu qədər partiyanın Azərbaycanda olması demokratiyadan sui-istifadədir…”  

 

Azadlıq Partiyasının sədri Əhməd Oruc nəinki YAP, digər siyasi təşkilatlarla da birləşmək fikrində olmadığını deyir: 

"Açığı dediyiniz partiyalar ictimai-siyasi həyatda görünmürdülər. Partiya kimi heç bir fəaliyyətləri yox idi. YAP-a birləşirlərsə, ağıllı iş görürlər. İdeoloji əsası olmayan partiyaların olmasındansa, olmaması yaxşıdır. Yəqin bu partiyaların hansısa marağı var ki, YAP-a qoşulurlar…”

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84