Bu nazirlikdə karandaşlı “islahatlar” aparılır

16:16 - 12 Avqust
    1755 oxunma

Bir qələmin karandaşla əvəz olunması korrupsiyaya yol aça bilərmi? Ölkənin gənc nazirlərindən birinin nəzarətində olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu mümkünə oxşayır. Sözügedən nazirlikdə “yeniliklər” var.  Qurumda kadr islahatlar başlayıb və işçilərin attestasiyasına start verilib. İlk baxışda normal qərardır. Amma aparılan attestasiya haqda aldığımız məlumat tam başqa mətləblərdən, məqsədlərdən xəbər verir. 

Bizimxeber.az-a verilən məlumata görə, əvvəllər nazirliyin strukturları dövlət qulluğuna aid olub və bu strukturlarda işə qəbul Dövlət İmtahan Mərkəzləri(DİM) tərəfindən test üsulu aparılıb. Bu yaxınlarda isə həmin strukturların bazasında Publik Hüquqi Şəxs yaradılıb və işçilərin işə qəbulu, attestasiyası nazirliyin özü tərəfindən aparılmağa başlayıb.

Belə attestasiyalarda iştirak edən nazirliyin yerli strukturlarının əməkdaşlarının redaksiyamıza verdiyi məlumata görə, nazirlik rəhbərliyi işə qəbul etməkdə maraqlı olduğu əməkdaşa attestasiya zamanı verilmiş sual vərəqəsini karandaşla işarələməyə imkan yaradır. Attestatsiyadan sonra karandaşla işarələnmiş xanalar pozulur və düz cavablar işarələnir. Bax beləcə savadı, iş təcrübəsi olan işçilər kənarda qalır, suallara düzgün cavab yaza bilməyənlər isə işə qəbul olunur. Güclü dayısı olan savadsız və təcrübəsiz adamlar işdə saxlanılır. 

Yəni kadrların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) attestasiyası korrupsiyaya yol açır. Çünki attestasiya ilə bilik və bacarığı olmadığı üzə çıxarılmış işçi vəzifədə saxlanılmaqla rəhbərlikdən asılı duruma salınır. Yəni bütün qanunsuz qərarların icrasına sözsüz razı olur. Karandaşın hesabına işdə qalan, işə qəbul olunan işçi bilir ki, əks təqdirdə növbəti attestasiyada karandaşı əlindən alıb qələmi saxlamaqla onu çətin duruma salacaq, işdən çıxaracaqlar. Attestasiya məsələsinin ƏƏSMN nəzarətindən çıxarıb DİM-ə həvalə etməklə həssas əhali qrupu ilə işləyən strukturda korrupsiyaya yol açan elementlərdən ən başlıcasını aradan qaldırmaq olar.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa çalışsaq da, həmişə olduğu ki, telefonları qaldıran olmadı. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84