Bu məhsullar müsadirə edildi - VİDEO

19:04 - 29 Aprel
    945 oxunma

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) növbəti dəfə reyd keçirib.

AQTA-dan Oxu.Az-a verilən məlumata görə, qənnadı məhsullarının saxlama anbarına baxış keçirilən zaman şirniyyat məhsullarında etiket məlumatlarının saxtalaşdırıldığına dair dəlillər aşkarlanıb.

Daxil olan məlumat əsasında İbrahimov Aydın Əhməd oğluna məxsus saxlanma anbarına baxış zamanı Ukraynadan ölkəmizə idxal olunan “Sanyaşnikova” əmtəə nişanlı günəbaxan halvalarının etiket məlumatlarının saxtalaşdırıldığı və yeni tarixlər vurulduğu müşahidə edilib. Bəzilərində isə etiketlər sökülməyib və üzərindən yapışdırılıb. 

Saxta etiketlər şirniyyat qutularının üzərinə müxtəlif yapışdırıcı vasitələrlə bərkidilib. 

AQTA-nın sektor müdiri Pərviz Qafarzadə bildirib ki, qeyd olunan məhsullar maddi sübut kimi götürülüb. Bu məhsulların ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı müvafiq göstərişlər veriləcək. 

Qeyd edək ki, pozuntu aşkar olunan məhsulun saxlama müddəti beş ay nəzərdə tutulub. Aşkarlanan məhsullarda isə bu müddət dəyişdirilərək daha iki ay artırılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84