. .

Bu günə olan yoluxma statistikası açıqlandı

16:30 - 10 İyun
    1092 oxunma


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizimxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 334 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 907 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib. 2 134 nəfər aktiv xəstə sayını təşkil edib. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8618, bu günə qədər isə ümumilikdə 3 597 849 test icra olunub.

Son gündə koronavirus əleyhinə 37 162 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 670, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 492 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 662 038, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 712 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 949 920 təşkil edir.

Bizimxeber.az




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84