Bu gün onlar xəstəxanadan evə buraxılır

12:18 - 30 Dekabr
    1700 oxunma

Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizin qalan hissəsi bu gün saat 14:00-da evə buraxılacaqlar.

Bizimxeber.az bildirir ki, bu barədə Modern.az-a Bayram Kərimovun ailə üzvləri məlumat verib.

6 illik girovluqdan sonra azad edilən Şahbaz Quliyevin qardaşı İlham Quliyev də hazırda Bakıda olduğunu, qardaşını qarşılamağa gəldiyini deyib: “Bizə də dedilər ki, bu gün buraxılırlar, gözləyirik. Şükür bu günlərə. Sağ olsun, Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu”.

Qeyd edək ki, keçmiş əsir və girovlardan 5 nəfər artıq ailələrinə qovuşub.

Xatırladaq ki, dekabrın 14-də Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyev erməni əsir və girovluğundan azad edilərək Azərbaycana gətirilib. Onlar xəstəxanada müayinə və müalicə olunurdular.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84