Bu gün Bakıya qar yağacaq

10:00 - 24 Dekabr
    1230 oxunma

Paytaxt Bakıya şiddətli yağış yağır. Hava şəraitinin kəskin pisləşəcəyi haqda Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilir ki, dekabrın 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Dekabrın 24-ü axşamdan 25-i səhərədək şəhərətrafı ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

 

Dekabrın 23-dən 25-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84