.
.

"Bu fikrində Təhsil naziri müəyyən qədər haqlıdır" - Kamran Əsədov

12:06 - 30 İyun
    30915 oxunma


"Hesab edirəm ki, Təhsil naziri müəyyən qədər haqlıdır”. 

Bunu çıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil naziri Emin Əmrullayevin Milli Məclisdə "Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı səsləndirdiyi "Bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir" fikirini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti dünyada təhsilə diqqət göstərən və təhsil islahatlarına çevik reaksiya verən ilk on ölkədən biridir:

"Amma bunun qarşılığında təhsildən istəlinən keyfiyyəti hələ də ala bilmirik. Hələ də orta ümümtəhsil məktəbləri arasında oxuma, yazma vərdişləri zəif olan, digər bilik, bacarıqlara yiyələnməyən şagirdlərimiz var. Təhsilimizlə bağlı yeganə mənbə kimi Dövlət İmtahan Mərkəzinin təhlillərini götürürük. Bunun başqa alternativi yoxdur ki, onunla müqayisə aparaq. Dövlət İmtahan Mərkəzinin nəticələri onu göstərir ki, orta məktəblərdə təhsil keyfiyyətli təşkil edilmir, şagirdlər bilik və bacarıqlar əldə etməkdə şətinlik çəkirlər. Təhsil naziri Emin Əmrullayev Milli Məclisdəki çıxışında ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri, eyni zamanda qəbul imtahanlarında istifadə edilən test tapşırıqları ilə bağlı narahatlığını ifadə edib. Hesab edirəm ki, nazir müəyyən qədər haqlıdır. Orta ümümtəhsil məktəblərini bitirmiş şəxslərin hamısı eyni bilik və bacarıqlara malik deyillər, amma onlara tam peşəkar səviyyədə test tapşırıqları  tədqim edirlər”.

Kamran Əsədov qeyd edib ki, Təhsil naziri sualların səviyyəsindən haqlı olaraq narahatdır:

"Ona görə ki, DİM tərəfindən təqdim edilən test tapşırıqları orta ümümtəhsil məktəblərindəki dərsliklərindən istifadə edilərək yazıla bilər. Amma qeyd edim ki, burada sulların modelləri orta ümümtəhsil məktəblərindəki işlənmiş modellər deyil. Bu ona görədir ki, tədim edilən test tapşırıqlarının ağırlıq səviyyəsi, eyni zamanda test tapşırıqlarının distraktorları tam olaraq şagirdlər tərəfindən anlaşıla bilmir. Digər tərəfdən bir neçə ildir test tapşırıqlarının bir qismi xarici dil fənnindən dinləmə mətnləridir. Bu, şagirdlərə müəyyən avadanlıqa səsləndirilmiş test tapşırıqlarıdır ki, şagirdlər onu cavablandırırlar. Etitaf edək ki, bizim məktəblərdə linqivistik aparatlardan istifadə bacarıqları o qədər də deyil”.

Kamran Əsədov qeyd edib ki, şagirdlərin həm də az cavablandırdığı riyaziyyat fənninin suallarıdır:

"Çünki imtahanda şagirdlərin son illərdə əldə etdikləri biliklər yox, həm də 5-6 il əvvəl əldə olunan bilik və bacarıqlar yoxlanılır. Bu tip test tapşırıqlarını cavab faizi çox aşağıdır. Ona görə də biz test tapşırqlarının modellərini şagirdlər tərəfindən anlaşılan səviyyədə təqdim etməliyik”.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı "Bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir", - deyə bildirib. /Qaynar/




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84