.
.

Bu da Kəlbəcər Polis Şöbəsinin binası - Foto

15:54 - 09 Dekabr
    7820 oxunma


Noyabrın 25-də Azərbaycana təhvil verilən Kəlbəcər rayonunda fəaliyyətə başlayan polis şöbəsinin fotosu yayılıb. 

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana təhvil verilən Kəlbəcər rayonunda ilk olaraq polis şöbəsi qurulub. Elə həmin gün polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları Ordu ilə birgə Kəlbəcər rayonuna daxil olub.

Noyabrın 25-dən RPŞ rəisi, polis polkovnik-leytenantı Əkbər Haxverdiyev komendant kimi fəaliyyətə başlayıb. Fotoda görünən inzibati bina isə təmir edilərək polis şöbəsinin istifadəsinə verilib. Bina Kəlbəcər şəhərində yerləşir.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84