“Bu cür iğtişaşlar “banan respublikaları”nda baş verir” - Corc Buş

13:20 - 07 Yanvar
    950 oxunma

ABŞ-ın keçmiş Prezidenti Corc Buş Donald Trampın tərəfdarlarının Konqres binası və ətrafında törətdiyi iğtişaş və basqınların “banan respublikaları”nda baş verənlərlə müqayisə edib. 

Buş bu barədə rəsmi tvitter səhifəsində yayımlanan açıqlamasında yazıb. “Laura və mən hökumətə basqınları kədərlənərək izləyirik, bu mənzərə ürək bulandıran və dəhşətlidir. Seçki nəticələrinin bu cür mübahisələndirilməsi bizim kimi demokratik respublikalarda deyil, “banan respublikaları”nda baş verir”,- deyə Buş bildirib.

O qeyd edib ki, Kapitoliyə basqın ABŞ-ın dünyadakı nüfuzuna xələl gətirib. İştirak edənlərin saxta ümidlərə aldandıqlarını bildirən Buş “Ölkəmiz hazırkı siyasi mühitdən daha vacibdir”,- deyə qeyd edib.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84