.
.

Britaniya Rusiya ilə hərbi qarşıdurmanın nəticələrini hesabladı

13:07 - 14 Mart
    5960 oxunma


Silahlı qarşıdurma baş verəcəyi təqdirdə Britaniya və Rusiyanın tank bölmələri arasında artilleriya duelinin Böyük Britaniya ordusunun xeyrinə bitməyəcəyi ehtimal olunur. 

Bizimxeber.az-ın məlumatına görə, bu qənaətə İngiltərə Parlamentinin İcmalar Palatasının Müdafiə Komitəsi tərəfindən hazırlanmış hesabatda qeyd olunub.

Hesabat müəllifləri hesab edir ki, ingilis ordusunun əsgərləri Şərqi Avropanın ən yaxşılarından biri olaraq qalır. Amma artileriya və tank bölmələri köhnəlmiş zirehli texnikaya sahibdir. Bu nəqliyyat vasitələrinin çoxunun 30 ildən çox yaşı var, mexaniki etibarlılığı çox aşağı, atəş gücü baxımından müasir artilleriya və raket sistemlərindən ciddi dərəcədə geri qalırlar və daim kifayət qədər hava dəstəyi almırlar. Bu səbəbdən də Britaniya ilə Rusiya arasında müharibə olarsa birinci məğlub ayrılacaq. 

Hazırda İngilis zirehli texnika donanması Rusiyanın NATO quru qoşunlarına müdaxiləsinin qarşısını almaqda böyük tövhə verir. Yaxın 4 ildə Britaniya zirehli texnika arsenalını müasirləşdirmək planlarını işə salıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84