Bosniya rəsmiləri Rusiyaya qarşı... - "Rusiya daxili işlərimizə radikal şəkildə qarışır”

10:07 - 17 Dekabr
    1010 oxunma

Bosniyanın Demokratik Fəaliyyət Partiyasının (SDA) lideri Bakir İzetbeqoviç Rusiyanın Bosniya və Herseqovinanın daxili işlərinə radikal bir şəkildə qarışdığını bəyan edib. 

O, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrovun ölkəyə mübahisəli ziyarətini şərh edərkən bildirib.

İzetbeqoviç Rəyasət Heyətinin xorvat üzvü Jelko Komşiç və boşnak üzvü (müsəlman slavyanlar) Şefik Caferoviçin ölkədə rəsmi səfərdə olan Lavrovla görüşdən imtina etmələrinin arxasında onun durması barədə iddiaları da təkzib edib.

“Lavrovun səhvi Bosniya və Herseqovinanın simvol və qanunlarına hörmət etməməsidir. Bu davranışına görə çox siyasətçilərimiz onunla görüşdən imtina etdi”,- deyə partiya lideri bildirib.

Qeyd edək ki, Lavrov dekabrın 14-də Bosniya və Herseqovinaya rəsmi ziyarətə gedib, serb nümayəndələri ilə görüşüb. Lakin həmin görüşdə Bosniya və Herseqovinayanın bayrağı qoyulmayıb. Bu da hörmətsizlik kimi qəbul edilib.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84